- Köhnə - Hadisə
- 23 Aprel 2018 21:26
- 5 332
Şamaxı rayonunda 4 yaşlı uşaq yandı
Şamaxı rayonunda 4 yaşlı uşağın üzərinə qaynar su tökülüb.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə 2 ünvanında qeydə alınıb.
Şamaxı şəhər sakini, 2014-cü il təvəllüdlü Mələk Əlyar qızı Səlimovanın üzərinə qaynar çaydan aşıb. Nəticədə azyaşlı ağır yanıq xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, körpənin hər iki ayağının aşağı ətrafı və pəncəsi 2-3-cü dərəcəli termiki yanıq xəsarətləri alıb.
Hazırda onun vəziyyəti kafidir.