Gəncədə avtomobil piyadanı vurdu

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsindən Poçt qəsəbəsinə gedən yolda qeydə alınıb.

Yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Oqtay Həsənov hərəkətdə olan “Opel” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan şəxsi dərhal xəstəxanaya çatdırıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.