Gürcüstanda azərbaycanlılara məxsus ev yandı - Fotolar

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Təzəkənd kəndində fərdi evdə yanğın baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinə istinadla xəbər verir ki, yanğın nəticəsində 160 kv. metr sahə yanıb.

Yanğının söndürülməsinə 4 yanğınsöndürən briqada cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.