Daşkəsən sakini atdan yıxılaraq ağır xəsarət aldı

Daşkəsən sakini ehtiyatsızlıq nəticəsində atdan yıxılaraq ağır xəsarət alıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Daşkəsən rayon Əmirvar kənd sakini 1980-ci il təvəllüdlü Quliyev Bəhrəm Tağı oğlu at sürən zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Ağır bədən xəsarətləri alan B. Quliyev xəsətəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.