- Köhnə - Hadisə
- 27 Aprel 2018 12:44
- 9 209
Kürəkən 57 yaşlı qayınanasını döydü
Sumqayıt şəhərində qayınana kürəkəni tərəfindən döyülüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mikrorayonda baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Əntiqə Nurbala qızı Orucova kürəkəni, şəhər sakini, 1975- ci il təvəllüdlü Elşən Çərkəz oğlu Babayev tərəfindən döyülüb.
57 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az