- Köhnə - Hadisə
- 29 Aprel 2018 10:50
- 5 762
20 yaşlı gənci maşın vurub öldürdü
Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.
AzNews.az lent.az-a istinadən xəbər verir ki, Masallı-Boradigah yolunda "Nissan Tiida" markalı minik avtomobili yolu keçməyə çalışan 20 yaşlı oğlanı vurub.
Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.