- Köhnə - Hadisə
- 29 Aprel 2018 13:45
- 6 051
Bakıda 3 mərtəbəli tikili yandı
Bakı şəhəri Səbail rayonu ərazisində yanğın olub.
“Qafqazinfo” xəbər verir ki, Badamdar qəsəbəsi, Ə.Nəzərov küçəsində yerləşən Təyyar Məmmədova məxsus olan 3 mərtəbəli və mansardlı tikilinin mətbəxində yanğın başlayıb. 540 kvadrat metrlik evin mətbəxindəki yanğın zamanı mebellər, paltaryuyan, qabyuyan, soyuducu və kondisioner yanıb.
Bildirilir ki, hadisə vaxtı evə daimi yaşayış olmayıb və təmir gedirmiş.
AzNews.az