- Köhnə - Hadisə
- 30 Aprel 2018 18:48
- 6 919
Samuxda ər arvadını döyərək öldürdü
Samuxda qətl hadisəsi baş verib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kolayır kəndində baş verib.
Orada yaşayan 1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.
Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin böyüyünün 9 yaşı olan övladı var.
A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb.