Fövqəladə Hallar Nazirliyi Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb.

Bakıdakı yanğın söndürülüb - Yenilənib

Fövqəladə Hallar Nazirliyi Bakıda fərdi yaşayış evlərində baş verən yanğınla bağlı məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nəsimi rayonu ərazisində taxta konstruksiyalardan ibarət, bitişik tikilmiş iki fərdi yaşayış evində (hazırda yaşayış olmayan və sökülməkdə olan) yanğın baş verib.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Ərazidəki digər evlər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

14:06

Bakıda fərdi yaşayış evləri yanır.

APA-nın məlumatına görə, paytaxtın Ceyhun Hacıbəyli küçəsində, “Azərbaycan” Universitetinin arxasında bir-birinə bitişik fərdi yaşayış evlərində yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az