Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb. Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

Şəmkirdə 18 yaşlı gənc bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Ələkbərli Mətləb Safəddin oğlu bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 18 yaşlı M. Ələkbərli yaşadığı kənddə tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.