Qaradağ rayonunda iki avtomobil toqquşub. Qaradağ rayonunda iki avtomobil toqquşub.

Avtomobillər toqquşdu - 4 yaralı var

Qaradağ rayonunda iki avtomobil toqquşub.

"Report" xəbər verir ki, hadisə rayonun Müşviqabad qəsəbəsi ərazisində baş verib.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində, 4 nəfər-1957-ci təvəllüdlü Qəribov Məhəmməd Qərib oğlu, 1988-ci il təvəllüdlü Heydərov Rəşad Rəşid oğlu, 1991-ci il təvəllüdlü Qafarova Günel Mahir qızı və 2001-ci il təvəllüdlü Qafarzadə Əli Mahir oğlu ağır xəsarət alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Həkimlər yaralılardan ikisinin vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az