Bakıda yanğın

Bakıda yanğın faktı qeydə alınıb.

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonunda ümumi sahəsi 70 m² olan avtoyuma məntəqəsinin dam örtüyü 40 m² sahədə, yaxınlıqdakı 4 ədəd şam ağacı və ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində köhnə avtomobil ehtiyat hissələri yanıb yüksək temperaturdan bitişik hasarın plastik üzlüyü 12 m² sahədə əriyib.

Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.