Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb. Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Masallıda yanğın - 3 nəfər öldü + Yenilənib

Masallıda yanğın nəticəsində ölənlərin sayı 3-ə çatıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, yanıq xəsarəti almış K.Əzimov xəstəxanaya yerləşdirilib və orada ölüb.

Qeyd edək ki, mayın 8-də saat 2 radələrində Masallı rayonunun Təzə Alvadı kəndində yaşayan Kamran Əzimovun ümumi sahəsi 120 kv.m olan 2 mərtəbəli evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra K.Əzimovun oğlu Namiqin və gəlini Zeynəbin yanmış meyitləri tapılıb.

Araşdırma aparılır.

***

08:59

Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb, 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.