Mikroavtobus minik maşını ilə toqquşdu - 15 nəfər yaralandı (Yenilənib)

Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax-Ağstafa marşrutu ilə işləyən “Mercedel” markalı mikroavtobusla “Opel” markalı avtomobilin toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Xəsarət alanlardan iki nəfər, Qazax rayon sakinləri, 1999-cu il təvəllüdlü Eldar Şıxməmmədov və 1940-cı il təvəllüdlü Vəkil Hüseynxanov Qazax Müalicə Diaqnostika Mərkəzinə, Qazax sakinləri - 1959-cu il təvəllüdlü Xanbala Nəbiyev, 1978-ci il təvəllüdlü Samirə Ələsgərova, 1967-ci il təvəllüdlü Gülnarə Cəfərova, 1957-ci il təvəllüdlü Şamil Cabbarov, 1989-cu il təvəllüdlü Röyal Mahmudov, 1963-cü il təvəllüdlü İslam Osmanov, 1960-cı il təvəllüdlü Nəzakət Novruzova, 1938-ci il təvəllüdlü Zərifə Ələkbərova, Ağstafa sakinləri - 1963-cü il təvəllüdlü Alidə Alıiskəndərova, 1966-cı il təvəllüdlü Nəzifə Əmirova, 1963-cü il təvəllüdlü Nərgiz Mansurova, 1977-ci il təvəllüdlü Azər Allahverdiyev Ağstafa rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlara tibbi yardım göstərilib və bir neçəsi ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

12:18

Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax-Ağstafa marşrutu ilə işləyən “QAZel” markalı mikroavtobusla “Opel” markalı avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az