- Köhnə - Hadisə
- 8 May 2018 22:09
- 4 077
Şəmkirdə 4 otaqlı ev yandı
Şəmkir rayonunda yanğın hadisəsi qeydə alınıb.
AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, yanğın rayonda ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 4 otaqlı evin zirzəmisində baş verib. Nəticədə zirzəmidə 30 m2 sahəyə yığılmış köhnə ev əşyaları və taxta tullantıları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.