Qaradağda orta məktəbdən 560 nəfər təxliyyə edildi - Yenilənib

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda orta məktəbdə yanğın baş verməsi barədə məlumat yayıb.

Bakının Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binasının dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.

Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Məktəbin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***
14:08

Bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın başlayıb.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, şagirdlər dərhal təxliyyə olunub və ilkin nəticələrə görə yanğına qısa qapanma səbəb olub.

Yanğınsöndürmə və təcili tibbi maşınlar əraziyə cəlb olunub.