- Köhnə - Hadisə
- 11 May 2018 09:00
- 5 481
29 yaşlı gənc bıçaqlandı
Salyanda bıçaqlanma hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə "Ay işığı" ticarət mərkəzinin qarşısında baş verib.
Noxudlu kənd sakini, 1989-cu il təvəllüdlü Səfərov Ruslan İmran oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az