Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yük avtomobili aşdı - Ölən var

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Hacıkənd yolunda qeydə alınıb.

İlkin məlumata görə, yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü - Göygöl rayon Çaykənd sakini, 1994-cü il təvəllüdlü Aydınov Seymur Hafiz oğlu hadisə yerində ölüb.

Yük maşınının şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az