İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb. İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.

İsmayıllıda körpünü sel apardı

İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel aparıb.

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri bildirib ki, rayonun dağlıq ərazisinə yağan güclü yağış və dolu kəndlərdə vətəndaşlara ziyan vurub: "Əsasən, Basqal, Sulut, Köhnə Daxar və Zərnava kəndlərinə dolu düşüb. Hadisə nəticəsində vətəndaşların əkin sahələrinə ciddi ziyan dəyib, Basqal-Sulut yolundakı körpünü sel aparıb.

Hazırda əraziyə texnikalar cəlb edilib və sel aparan körpü bərpa edilir"