Ağdaş rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Ağdaş rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Ağdaşda ağır qəza - 6 nəfər yaralandı

Ağdaş rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Qaradağlıkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 21099” və “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər - Ağdaş sakinləri-1987-ci il təvəllüdlü Bayramov Tural Əli oğlu, 1973-cü il təvəllüdlü Şabanov Mahir Əvəz oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Tahir Mamed oğlu, 1956-cı il təvəllüdlü Məmmədova Gülnaz Əziz qızı, 1974-cü il təvəllüdlü Babayeva İlhamə Yusif qızı və 1963-cü il təvəllüdlü İsmayılova Adilə Vəli qızı ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.