Gədəbəydə avtomobil körpüdən aşdı

Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası baş verib.

AzNews.az istinadən xəbər verir ki, hadisə rayonun İvanovka kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Məmmədov Vüsal Rüfət oğlu idarə etdiyi “UAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın körpüdən aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.