Siyəzən Rayon Mərkəzi Xəstəxanası doğuş zamanı dünyasını dəyişən ananın ölüm səbəbini açıqlayıb. Siyəzən Rayon Mərkəzi Xəstəxanası doğuş zamanı dünyasını dəyişən ananın ölüm səbəbini açıqlayıb.

Rayonda doğuş vaxtı ana ölümünün səbəbi açıqlandı

Siyəzən Rayon Mərkəzi Xəstəxanası doğuş zamanı dünyasını dəyişən ananın ölüm səbəbini açıqlayıb.

Xəstəxananın baş həkimi Dadaş Hümbətovun AzNews.az-a verdiyi məlumata görə, doğuş zamanı dünyasını dəyişən 25 yaşlı Aytən Qasımovanın ikinci hamiləliyidir:

“Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib. Əslində bu əməliyyat planlı deyildi, yəni doğuşa hələ vardı. Amma ana bətnində körpədə problemlər olduğundan onu əməliyyata götürdülər. Əməliyyat yaxşı keçib. Ancaq sonra ananın özündə də müəyyən problemlər ortaya çıxdı. Nümunələr götürülüb, Məhkəmə Tibbi Ekspertizasına göndərilib. Hazırda onun cavabını gözləyirik”.

Baş həkim onu da qeyd edib ki, bu məsələdə müəyyən inzibati tədbirlər görüləcək: “Günahsız, cəzasız heç bir kəs qalmayacaq. Əgər orada həkimin sırf səhlənkarlığı, qeyri-peşəkarlığı varsa, hər kəs çəzasını alacaq”.

Qeyd edək ki, Siyəzən rayonunda doğuş zamanı ana ölümü baş verib. Rayon sakini Aytən Qasımova ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib. Qadın doğuş zamanı dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az