Litvada Azərbaycan vətəndaşları amerikalı hərbçi ilə dava edib. Litvada Azərbaycan vətəndaşları amerikalı hərbçi ilə dava edib.

Azərbaycanlılar ABŞ hərbçisini döydülər - Sərxoş halda

Litvada Azərbaycan vətəndaşları amerikalı hərbçi ilə dava edib.

"Qafqazinfo" Rusiya mediasına istinadən xəbər verir ki, ötən gecə saat 2-də Kaunasın Laysves xiyabanında iki Azərbaycan vətəndaşı ilə ABŞ hərbçisi arasında münaqişə baş verib. Onlar ABŞ vətəndaşını döyüblər.

Məlumata görə, həm Azərbaycan vətəndaşları, həm də ABŞ hərbçisi sərxoş olub.

Amerikalını döyən azərbaycanlılardan biri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az