Bakıdan istirahətə gedənlər dəhşətli anlar yaşadılar - Fotolar

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb.

Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.(apa.az)

AzNews.az

image description image description