Bakıda fərdi bağlarda güclü yanğın - Foto

Bakıda Köhnə Günəşli, Səməd bəy Mehmandarov, 68 ünvanında binanın qarşısındakı fərdi bağlarda yanğın başlayıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, əraziyə 2 yanğınsöndürən maşın cəlb olunub.

Həyətdə saxlanılan avtomobillər səbəbindən yanğınsöndürən maşınlar əraziyə yaxınlaşa bilmir.

Binanın 1-ci mərtəbəsi üçün təhlükə yaranıb.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.