Göyçay rayonunda qadını ilan sancıb. Göyçay rayonunda qadını ilan sancıb.

Göyçayda qadını ilan sancdı

Göyçay rayonunda qadını ilan sancıb.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Əsgərova Almaz Əbilhəsən qızı həyətyanı sahədə təsərrüfat işləri ilə məşğul olarkən çəmənlikdə olan ilan qəflətən onu sancıb. Qadın təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona ilan zəhəri əleyhinə tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, son bir ay ərzində Göyçayda 10-a yaxın şəxs ilan və zəhərli həşərat sancması səbəbindən rayon xəstəxanasına gətirilib.