İyunun 28-də saat 11:17-də Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər şəhərində N.Nərimanov küçəsində bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub. İyunun 28-də saat 11:17-də Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər şəhərində N.Nərimanov küçəsində bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Tərtərdə əl qumbarası aşkarlandı - Fotolar

İyunun 28-də saat 11:17-də Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər şəhərində N.Nərimanov küçəsində bir ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

AzNews.az-a ANAMA-dan verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və DİN-in Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları həmin ərazidə məişət tullantıları sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən bir ədəd RQD-5 əl qumbarası aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının tapıldığı yerin ətrafında 120 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən iyunun 28-dək ANAMA tərəfindən ümumilikdə 3542 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə dörd mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 97 min 35 kvadratmetr ərazi yoxlanılıb.

image description image description image description