- Köhnə - Hadisə
- 29 İyun 2018 18:45
- 12 251
FHN cərimə meydançasında olan yanğınla bağlı məlumat yaydı - Yenilənib
Fövqəladə Hallar Nazirliyi avtomobil dayanacağında baş verən yanğın barədə növbəti məlumat yayıb
FHN-dən AzNews.az-a bildirilir ki, daxil olan məlumatda bildirilir kiBakı şəhəri Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağı kimi istifadə olunan ərazidə 3,7 ha quru ot və 51 ədəd müxtəlif markalı minik avtomobilinin (əksəriyyəti qəzaya uğramış və istismara yararsız vəziyyətdə olan) yanar hissələri yanıb.
Ərazidə olan təxminən 200 ədəd müxtəlif markalı minik avtomobili və yaxınlıqdan keçən neft boru kəmərləri yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
15:52
Baş Dövlət Yol Polisi İdarəsinə məxsus 11 saylı cərimə meydançasında yanğın baş verib.
APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 3 hektara yaxın ərazidə quru otluq sahə yanıb. Yanğın nəticəsində orada saxlanılan 50-dən çox avtomobilə ziyan dəyib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
***
15:07
Bakıda yanğın başlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.
AzNews.az