- Köhnə - Hadisə
- 30 İyun 2018 22:08
- 6 094
Maşın dirəyə çırpılıb yandı: ölən var - Yenilənib
Şirvan şəhərində baş verən avtomobil qəzası nəticəsində ölən qadının şəxsiyyəti müəyyənləşdirilib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “Mercedec” markalı avtomobilin işıq dirəyinə çırpılması nəticəsində, sərnişinlərdən biri Şirvan sakini, 1989-cu il təvəllüdlü Bəşirova Türanə Vaqif qızı hadisə yerində ölüb, digər sərnişin xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.
***
18:48
Şirvan şəhərində ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində Şirvan sakini, 1984-cü il təvəllüdlü Mustafayev Samiq Səlim oğlu 10 SA 431 dövlət nömrə nişanlı, “Mercedec” markalı avtomobilin idarəetməsini itirib, avtomobil işıq dirəyinə çırpılıb və bu zaman yanğın baş verib. Avtomobildə olan sərnişinlərdən biri ölüb, digər sərnişin xəsarət alaraq şəhər xəstəxanasına yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını alıblar.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.
AzNews.az