Qobustan şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb. Qobustan şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Qobustanda 60 yaşlı kişinin üzərinə qaynar qır dağılıb

Qobustan şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində xəsarət alıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü yerli sakin Şıxəliyev Mirəli Nurəli oğlu evinin damına qır verərkən huşunu itirərək yerə yıxılıb və qaynar qır onun üzərinə dağılıb.

Zərərçəkmiş ailəsi tərəfindən ilk olaraq Qobustan Rayon Mərkəzi Xəstəxanasına, oradan isə vəziyyəti ağır olduğu üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Cərrahiyyə şöbəsindən verilən məlumata görə, M.Şixəliyev sağ bud nahiyəsinin arxa ətrafları və sağ ayaq nahiyəsinin II, III dərəcəli termiki yanığı ilə şöbəyə daxil olub, hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.