İntihara cəhd edən şəxs xəstəxanada öldü - Yenilənib

Mingəçevir şəhərində intihara cəhd edən gənc xəstəxanada dünyasını dəyişib.

"Report”un Şirvan bürosu xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə bu gün şəhərin yeni köçkün şəhərciyindəki 2 saylı binada baş verib. Belə ki, Ağdam rayonunun Seyidli kənd sakini, İlqar Rasim oğlu Süleymanov 100 qram sirkə turşusu içərək intihara cəhd edib. O, ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, İ.Süleymanov əvvəllər infarkt keçirib, bədəninin bəzi hissələri iflic vəziyyətində olub, hətta yerimə qabiliyyətində də çətinliklər yaşayıb. Bu səbəbdən də özünü öldürməyə qərar verib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

***
14:41

Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün sirkə turşusu içərək intihara cəhd edib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhərdə yerləşən yeni köçkün şəhərciyindəki 2 saylı binada baş verib.

Məlumata görə, həmin ünvanda yaşayan 32 yaşlı İlqar adlı şəxs hələlik məlum olmayan səbəbdən 100 qram sirkə turşusu içərək intihara cəhd edib. O, ağır durumda xəstəxanaya yerləşdirilib.

AzNews.az