Bakı-Qazax yolunda qəza - Ölən var

Bakı-Qazax şosesinin Gəncə şəhəri ərazisindən keçən hissəsində “VAZ” və “Suzuki” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri “Suzuki” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişinin cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.