Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində hazırda alov müşahidə olunmur, ayrı-ayrı yerlərdə tüstülənmə qeydə alınır, ərazi nəzarətdədir. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində hazırda alov müşahidə olunmur, ayrı-ayrı yerlərdə tüstülənmə qeydə alınır, ərazi nəzarətdədir.

Yardımlıda meşədə baş verən yanğın söndürüdü - Fotolar

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində hazırda alov müşahidə olunmur, ayrı-ayrı yerlərdə tüstülənmə qeydə alınır, ərazi nəzarətdədir.

AzNews.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tüstülənmənin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, iyulun 5-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub, həmçinin yerli icra hakimiyyəti nümayəndələri və rayon sakinləri kömək göstəriblər.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN təbiətdə olarkən odla ehtiyatlı davranmağın, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini bir daha diqqətə çatdırır.

image description image description image description