- Köhnə - Hadisə
- 8 İyul 2018 17:51
- 6 417
Tovuz sakini yük maşınının altında qalaraq öldü - Yenilənib
Tovuz rayon Ağdam kənd sakini Hacıyev İsmixan İdoş oğlunun ölümünün təfərrüatı məlum olub.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu gün Ağdam kəndində Tovuz çayında ot yüklü "Zil" markalı yük maşını batıb.
İ. Hacıyev də yük maşınının çaydan çıxmasına kömək edib. Bu zaman anidən yük maşını hərəkət edib və İ. Hacıyev yük maşınının təkərləri altında qalıb. İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
***
1710
Tovuz sakinini yük avtomobili vuraraq öldürüb.
AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunu Ağdam kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini 1973-cü il təvəllüdlü Hacıyev İsmixan İdoş oğlu ehtiyatsızlıq nəticəsində arxaya hərəkətdə olan yük avtomobilinin altında qalıb. İ. Hacıyevə tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.