- Köhnə - Hadisə
- 13 İyul 2018 09:35
- 6 174
Ötən gün 6 yol qəzasında 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 8-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.