DİN Qubada baş verən yol qəzası ilə bağlı məlumat yayıb

Quba rayonunun İsnovqışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən AzNews-a verilən məlumata görə, iyulun 18-də saat 10 radələrində Quba rayonunun İsnovqışlaq kəndi ərazisində Cəlilabad rayon sakini Məmmədəli Bayramovun idarə etdiyi “Nissan” və Sumayıt şəhər sakini Elməddin Hüseynovun idarə etdiyi “Hyundai” (avtobus) markalı avtomobillər toqquşub.