Ağcabədidə 5 ton ot bağlaması yanıb

Ağcabədi rayonunda 10 ton ot bağlamasının 5 tonu yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Pərioğlular kəndində həyətyanı sahədə qeydə alınıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.