Pirşağıda yolu keçən piyadanı maşın vurub

Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən AzNews-a verilən məlumata görə, iyulun 20-də saat 1 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində Bakı şəhər sakini Nərminə Poladova idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Azər Bəyməmmədovu vurub. A.Bəyməmmədov xəstəxanaya aparılarkən yolda ölüb.