Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) aktiv sürüşmə nöqtələri var. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) aktiv sürüşmə nöqtələri var.

Ağsu aşırımında uçqun

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) aktiv sürüşmə nöqtələri var.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, intensiv yağıntılar zamanı Ağsu aşırımında müəyyən aktivıik müşahidə olunur:

“Avtomobil yoluna sürüşmə ziyan vurmasın deyə mütəmadi olaraq həmin nöqtələr əməkdaşlarımız tərəfindən nəzarətdə saxlanılır”.

Anar Nəcəfli qeyd edib ki, hazırda aşırımda vəziyyət normaldır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) sürüşmə aktivləşib və lokal sahələrdə uçqun prosesləri qeydə alınıb.

AzNews.az