Havanın temperaturu aşağı düşəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, səhər və axşam ayrı-ayrı yerlərdə duman olacağı, gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam Böyük Qafqazın bəzi rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 13-18 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9, bəzi yerlərdə 12 dərəcəyədək isti olacağı gözlənilir.

AzNews.az