Gömrükdən elə şey keçirmək istədilər ki... - Video

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

AzNews.az xəbər verir ki, təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az