Bu gün səhər saatlarında Salyan bazarına göyərti satmağa gedən 63 yaşlı kişinin piştaxta arxasında qəfil ölümünün təfərrüatı məlum olub. Bu gün səhər saatlarında Salyan bazarına göyərti satmağa gedən 63 yaşlı kişinin piştaxta arxasında qəfil ölümünün təfərrüatı məlum olub.

Bazara göyərti satmağa getdi - Evinə tabutda gəldi

Bu gün səhər saatlarında Salyan bazarına göyərti satmağa gedən 63 yaşlı kişinin piştaxta arxasında qəfil ölümünün təfərrüatı məlum olub.

Rayonun Ərəbqardaşbəyli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Saday Hüseynov 5 il bundan öncə ürəyindən əməliyyat olunub:

“Saday kişi ürək xəstəsi idi. Əməliyyat olunmuşdu. Əməliyyatdan sonra həkimlər ona ağır işə icazə vermədiyindən bazarda lövbər salıb, gününü göyərti satmaqla yola verirdi. Az-çox qazanıb ailəsini dolandırırdı. Həm də kiməsə ağız açmadan dava-dərmanını alırdı. Bu gün də bayram günü alver yaxşı olar deyə səhər tezdən bazara gedib. Satacağı göyərtiləri səliqə ilə piştaxtanın üstünə düzüb. Bir-iki dəstə satmış qəfil halı pisləşib. Elə oradaca dünyasını dəyişib”.

Bahar RÜSTƏMLİ
AzNews.az