- Köhnə - Hadisə
- 7 Sentyabr 2018 10:49
- 9 197
15 yaşlı məktəblinin faciəli ölümü: “Atası onu torpağa basdırdı ki...”
Abşeron rayonunda 15 yaşlı məktəblini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişməsinin təfərrüatı məlum olub.
A.Müzəffərov adına Saray qəsəbə 2№-li tam orta məktəbdən AzNews.az-a verilən məlumata görə, Asim Məmmədov bu gün dəfn olunacaq:
“Biz hələ də onun ölümünə inana bilmirik. Asim nümunəvi bir şagird idi, dərslərini yaxşı oxumasa da buna cəhd edirdi. Çox kasıb bir ailənin övladıdır. Özündən əlavə bir qardaşı da var. Onu elektrik çərəyanı vurub. Həmin vaxt atası da evdə olub, oğlunu xilas etməyə çalışıb. Onu xilas etmək üçün tez Asimi torpağa basdırıb. Amma cəhdi boşa çıxıb. Dünən müəllim və şagird heyəti yas yerində olub. Allah heç kimə göstərməsin”.
Qeyd edək ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini, 2003-cü il təvəllüdlü Asim Məmmədovu elektrik cərəyanı vurub.
Bahar RÜSTƏMLİ
AzNews.az