Azərbaycanda daha bir kriminal avtoritet həbs edilib Azərbaycanda daha bir kriminal avtoritet həbs edilib

Daha bir kriminal avtoritet həbs edildi

Azərbaycanda daha bir kriminal avtoritet həbs edilib




APA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Qürbət Hüseynov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Ondan ümumi çəkisi 451 qram olan marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

APA-nın əldə etdiyi məlumata görə, Q. Hüseynov kriminal aləmlə əlaqələri olan şəxslərdən biridir. O, bir neçə dəfə ümumilikdə 25 ilə qədər məhkumluq həyatı yaşayıb. Q. Hüseynov ilk dəfə gənclik illərində adam öldürmə maddəsi ilə məhkum olunub və elə cəzasını çəkərkən həbsxanada da qətl törədib.

Q. Hüseynov kriminal aləmdə "Ne budi Qürbət" adı ilə tanınıb. Bu ad ona həbsdə olarkən verilib. O, göz qapaqlarının üstünə ləqəbini döymə ilə yazdırıb.

AzNews.az