- Köhnə - Hadisə
- 15 Sentyabr 2018 13:19
- 6 584
13 yaşlı yeniyetməni avtomobil vurub - Kəllə-beyin travması
AzNews.az "Report"-a istinadən xəbər verir ki, Quba şəhəri 29-cu məhəllədə yaşayan 2005-ci il təvəllüdlü Hüseyn Cəbrayıl oğlu Nicatov şəhərin Həydər Əliyev prospektində yolu keçərkən avtomobil onu vurub.
Ağır xəsarət alan H.Nicatov Quba rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər qapalı kəllə-beyin travması alan yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.
AzNews.az