- Köhnə - Hadisə
- 15 Sentyabr 2018 19:04
- 7 390
Zarafat etmək istədi, dostunu yandırdı... - VİDEO-FOTO
Eyni restoranda işləyən iki dostun bir-biri ilə zarafatlaşmaq istəyi faciə ilə nəticələnib. Onların zaraftlaşması isə anbaan kameranın yaddaşına həkk olunub.
AzNews Musavat.com -a istinadən xəbər verir ki, hadisə İstanbulun Fatih adlı mərkəzi küçəsində yaşanıb. Sözügedən hadisə suriyalıların çalışdığı restoranda baş verib.
İki suriyalı bir-biri ilə sözdə zaraftlaşmaq istədilər. Lakin zarafat bir dostun digər dostun üzərinə qaynar su dolu çaydanı itələməsi ilə yekunlaşıb. Digər suriyalı gənc qaçmağa çalışsa da, yanmaqdan qurtula bilməyib.
Əbdülhadi adlı gəncin boynu, qolu və sinəsi birinci dərəcəli yanıq xəsarəti alıb. Xəsarət alan gənc ətrafdakı insanların yardımı ilə dərhal xəstəxanaya yerləşdirilib.
Əbdülhadi adlı gənc artıq onunla bu cür zarafat edən dostunu polisə şikayət etməyə hazrlaşdığını bildirib.
Müəssisənin sahibi isə hadisəyə öz münasibətini bildirərək: “Təbii ki, heç kimlə bu cür zarafat etmək olmaz. Hadisədən xəbərimiz olan kimi, dərhal hadisəni törədən şəxsi işdən azad etmişik”- dedi.