- Köhnə - Hadisə
- 15 Sentyabr 2018 20:15
- 6 356
Masazırda 2 otaqlı ev yanıb
Abşeron rayonunda yanğın baş verib.
Aznews-un FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Masazır kəndində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxində ev əşyaları 6 m² sahədə və 1 ədəd plastik pəncərə çərçivəsi yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.