- Köhnə - Hadisə
- 15 Sentyabr 2018 22:51
- 6 632
Bakıda ruhi əsəb xəstəsi olan 25 yaşlı qız itkin düşüb
Bakıda gənc qız itkin düşüb.
AzNews.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi ev 24 a-da yaşayan Məmmədova Tahirə Nəriman qızı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1993-cü il təvəllüdlü Hacıyeva Aygün Nüsrət qızı avqustun 28-də gecə saat 23 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Məlumata görə, A.Hacıyeva ruhi əsəb xəstəsidir.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.