Oğluna məktəb geyimi ala bilməyən ata intihar etdi

Türkiyə Kocaelinin Körfez bölgəsində bir müddətdir işsiz olduğu bildirilən 45 yaşlı İsmail D. hamam otağında özünü iplə asmış halda tapılıb.

AzNews.az-ın məlumatına görə, metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, həyat yoldaşı Hafize Devrimin xəbərdarlığı ilə hadisə yerinə gələn sağlamlıq işçiləri İsmail Devrimin həyatını itirdiyini müəyyən ediblər.

2 uşaq atası olan İsmail Devrimin məktəbə gedən uşağına geyim ala bilmədiyi üçün intihar etdiyi iddia edilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.

AzNews.az