Beyləqanda xeyli silah-sursat aşkarlandı

Beyləqan rayonunun Xaçın adlı ərazisində xeyli silah-sursat aşkarlanıb

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ərazidə qazıntı zamanı iki ədəd tank əleyhinə qumbaranın tapılması barədə daxil olmuş məlumat əsasında ANAMA-nın Horadiz bazasının mütəxəssisləri tərəfindən yoxlamalar aparılıb. Baxış zamanı 1993-1994-cü illərdə blindaj kimi istifadə olunmuş ərazidən xeyli sayda partlamamış döyüş sursatı, tank əleyhinə idarə olunan raket və birdəfəlik qumbaraatan aşkarlanıb.

Tapılmış döyüş sursatları sabah ərazidə partlayış yolu ilə məhv ediləcək.

AzNews.az